Modern.az

Obama İrana qarşı “fövqəladə vəziyyət” elan etdi

Obama İrana qarşı “fövqəladə vəziyyət” elan etdi

Təhsil

11 Noyabr 2012, 12:04

Barak Obama ABŞ prezidenti postuna ikinci dəfə seçildikdən sonra İranla bağlı münasibətlərə dair “fövqəladə vəziyyət”in vaxtını bir daha uzadıb. Modern.az-ın İran KİV-lərinə istinadən verdiyi məlumata görə, ABŞ konqresi İranın nüvə proqramını dayandırmaq məqsədi ilə yeni sanksiyalara hazırlaşarkən Obamanın İran əleyhinə 33 ildir davam edən "fövqəladə vəziyyət"in vaxtını uzatması diqqət çəkib.

Qeyd edək ki, İrana qarşı “fövqəladə vəziyyət” rejimi ilk dəfə ABŞ-ın eks-prezidenti Cimmi Karter tərəfindən 1979-cu il noyabrın 14-dən tətbiq edilməkdədir. Prezidentin bu fərmanı ilə  Maliyyə Nazirliyinə İranın ABŞ-dakı maliyyə hesablarını, o cümlədən banklardakı, xarici filiallar və şöbələrdəki hesablarının dondurulması barədə göstəriş verilib.

Anar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü