Müsavat Partiyasının üzvü, hazırda həbsdə olan Nigar Yaqublu ailəsi ilə görüşüb. Bu barədə Modern.az saytına gənc fəalın atası, Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib. T.Yaqublunun sözlərinə görə, Nigar Yabublu ona dəstək olan insanlara təşəkkürünü bildirib.
“Bu gün ailəliklə məhbəsdə Nigarla görüşdük. O, çox iradəli və ümidlidir. Nigar balam bütün dostlara və onu dəstək omuş insanlara salamlar göndərdi! Nigar Yaqüubluya məhbəs yox, azadlıq yaraşır, axı o, azadlıq uğrunda münarizə aparır!”, -deyə T.Yaqublu bildirib.
Qeyd edək ki, N.Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Nigar Yaqublunun məhkəmə prosesi noyabrin 13-ü saat 14:30 da Xırdalanda, Abseron Rayon Məhkəməsində baş tutacaq.
Anar