Modern.az

“ABŞ nüvə razılaşmasına qayıtmağa tam hazırdır” - Bayden

“ABŞ nüvə razılaşmasına qayıtmağa tam hazırdır” - Bayden

Dünya

21 Sentyabr 2021, 19:34

“Birləşmiş Ştatlar İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına tam qayıtmağa hazırdır”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında çıxışı zamanı deyib.

 

“ABŞ İranın nüvə silahı əldə etməsini əngəlləməyə davam edəcək. İranı diplomatik olaraq Birgə Hərtərəfli Fəaliyyət Planına cəlb etmək üçün “beş üstəgəl bir” formatı üzərində işləyirik”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, Avstriyada aprel ayından etibarən Tehranla “beşlik” (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) arasında İranın nüvə anlaşmasını orijinal formada bərpa etmək üçün danışıqlar aparılır. Tərəflər Amerikanın İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi, nüvə sahəsində öhdəliklərinin yerinə yetirilməsi, habelə Birləşmiş Ştatların Birgə Hərtərəfli Fəaliyyət Planına qaytarılmasını müzakirə edirlər.

 

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə çərşənbə axşamı günü bildirib ki, nüvə razılaşmasının tam bərpası ilə bağlı danışıqlar bir neçə həftə ərzində bərpa olunacaq.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal