Modern.az

Etna vulkanı yenidən püskürdü

Etna vulkanı yenidən püskürdü

Aktual

21 Sentyabr 2021, 20:29

İtaliyanın Siciliya adasında yerləşən 3,326 metr hündürlüyə malik Etna vulkanının cənub-şərqindəki krater üç həftə sonra yenidən lava püskürüb.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

 

Vulkan püskürməsi səhər saatlarında qeydə alınıb və təxminən 3 saat davam edib. Vulkanın külü 9000 metr yüksəkliyə çatıb

 

Etnanın aktivliyi bu il artıb. İlin əvvəlindən vulkanın 50 dəfədən çox püskürdüyü qeyd olunur.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir