Modern.az

Azərbaycanda jurnalisti anası ilə birgə qətlə yetirdilər

Azərbaycanda jurnalisti anası ilə birgə qətlə yetirdilər

Media

12 Noyabr 2012, 09:57

Bakının Xəzər rayonunda dəhşətli qətl törədilib. Modern.az-ın məlumatına görə, bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə qeydə alınıb. Rayon sakini Mənsim Kərim oğlu Mənsimov həyat yoldaşı Zemfira Mənsimovanı və qızı Sevinci baltalayaraq qətlə yetirib.

Hadisəni törədən M. Mənsimov daha sonra intihar edib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Qeyd edək ki, Sevinc Mənsimova “Qafqazinfo.az” saytının müxbiridir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi