Türkiyənin Tokat vilayətində Niksar rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Agentlik zəlzələnin bu gün yerli vaxtla 19:09-da qeydə alındığını bildirib.
AFAD zəlzələnin yerin 14,35 kilometr dərinliyində baş verdiyini açıqlayıb.