ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin cənub-şərqində silahlı insident baş verib.
Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
Məlumata görə, hələlik kimliyi məlum olmayan şəxs ərzaq mağazasının qarşısında bir qrup insana atəş açıb.
Atışma nəticəsində 5 nəfər yaralanıb. Onlardan biri 13 yaşlı yeniyətmədir.
Akif İsmayılov