ABŞ Prezidenti Co Bayden ölkəsi üçün sonsuz müharibələr dövrünün bitdiyini və diplomatiya dövrünün başladığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə o, BMT-nin 76-cı sessiyasının yüksək səviyyəli iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hərbi gücdən istifadə münaqişələrin həlli üçün son vasitədir, bu, dünyanın heç bir probleminə cavab olaraq istifadə edilməməlidir.
Bayden ABŞ-ın öz dəyərlərinə və strategiyasına sadiq qalacağını qeyd edib.
Akif İsmayılov