Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 260 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 354 854 nəfərdən test götürülüb, onların 29 338-nin testi pozitiv nəticə verib, 23 361 nəfər sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 85.32%-nə bir doza, 68,53%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Akif İsmayılov