Modern.az

YAP-dan Mirşahinə sərt mesaj: “Ona yalnız belə cavab vermək istəyirik..” AÇIQLAMA

YAP-dan Mirşahinə sərt mesaj: “Ona yalnız belə cavab vermək istəyirik..” AÇIQLAMA

12 Noyabr 2012, 12:06

Yeni Azərbaycan Partiyası (YAP) jurnalist Mirşahin Ağayevin dünən ANS telekanalında yayımlanan “Hesabat” proqramında hakim partiya ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə reaksiya verib. YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı jurnalist Mirşahin Ağayevin çıxışına münasibət bildirib.

Deputat Modern.az-a açıqlamasında sözügedən verilişə baxmadığını bildirərək Mirşahin Ağayeva sərt cavab verib.

“Dünən o veriliş baxmamışam, amma həmin çıxışdan məlumatım var. Mən yalnız ona belə cavab vermək istəyirəm. Mirşahin Ağayevin mənim çıxışlarımı bəyənməməsindən təəssüf hissi keçirmirəm. Başqa heç nə demək istəməzdim”, -deyə YAP rəsmisi münasibət bildirib.

Qeyd edək ki, jurnalist Mirşahin Ağayev ANS-in “Hesabat” verilişinin dünənki buraxılışında ölkədəki siyasi proseslərə toxunaraq hakim Yeni Azərbaycan Partiyası haqda sərt fikirlər səsləndirib. Aparıcı YAP funksionerlərinin çıxışlarının mənasız olduğunu bildirib.

“Əli Əhmədovun, Bahar Muradovanın, Mübariz Qurbanlının, Aydın Mirzəzadənin və onlarla başqa YAP-çının yapdığı opponentsiz, uzun-uzadı çıxışlar maraqsızdır”, -deyə M.Ağayev çıxış edib.

 

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi