Modern.az

Müəllimlərin maaşı yeni qaydada hesablanacaq

Müəllimlərin maaşı yeni qaydada hesablanacaq

22 Sentyabr 2021, 17:10

Təhsil Nazirliyi xüsusi karantin rejimi dövründə müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacağına aydınlıq gətirib.

 

Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyindən APA-ya bildirilib ki, hazırda yalnız əyani tədrisin həyata keçirilməsi nəzərdə tutulduğuna görə müəllimlərin əməkhaqqı ənənəvi formada hesablanacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, təhsil verənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınması (4.2.2) ilə bağlı bənd ləğv olunub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI