Modern.az

“Azəriqaz”: “Noyabrın 15-dən sonra qaz təminatında “qış rejimi başlayır”

“Azəriqaz”: “Noyabrın 15-dən sonra qaz təminatında “qış rejimi başlayır”

12 Noyabr 2012, 13:14

“Noyabrın 15-dən qaz sistemi qış rejiminə keçəcək”. Bu barədə Modern.az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib. “Sovet dövründə qış və yay rejimi mövcud idi. Bu, hesabat  normativləri əsasında aparılırdı. Bəlli bir tarix var idi ki, həmin tarixdə yay, qış mövsümünə keçidlə bağlı rejimlər dəyişirdi. Hazırda bu sistem qismən aradan qaldırılıb. Bu, qaz tələbatına uyğun olaraq tənzimlənir. Amma qış rejiminə hazırlıq, bu şəbəkənin nizamlanması, qaz paylayıcı stansiyalarda təmir işlərinin aparılması, xətlərə baxış keçirilməsi bu mövsüm xarakterı daşıyır”, – deyə A. Ağayev bildirib.

Qurum rəsmisi onu da əlavə edib ki, hazırda mənzillərə smart-kartların tətbiqi prosesi davam edir: “Smart-kartların qoyuluşundan sonra problemin yaşanması çox vaxt abonentlərin cihazla düzgün davranmaması nəticəsində baş verir. Sayğaca istənilən müdaxilə baş verərsə, o zaman sayğacın koda düşməsi olur. Bu zaman yerli qaz istismar sahəsinə müraciət etmək lazımdır. Smart-kartların tətbiqindən sonra ödəniş baxımından mənzillərlə qaz istismar sahəsi arasında heç bir poblem olmur”.  

Nihadə Eyyubova
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi