Modern.az

YAP-çı deputat: “ANS siyasətçilərdən boks rinqi düzəltmək istəyir”

YAP-çı deputat: “ANS siyasətçilərdən boks rinqi düzəltmək istəyir”

Təhsil

13 Noyabr 2012, 13:00

Yeni Azərbaycan Partiyası ANS-də telejurnalist Mirşahin Ağayevin YAP funksionerlərinin canlı debatlardan qaçması ilə bağlı dedikərinə etiraz edib. Modern.az xəbər verir ki, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, onların televiziya debatlarından çəkinmək fikirləri yoxdur.

“Sadəcə Yeni Azərbaycan Partiyasının bəzi funksionerləri ANS-in debatlarında iştirak etmək istəmirlər. Bu, onların hüququdur, kimdənsə çəkinmək anlamına gəlmir”.

Daha sonra Siyavuş Novruzov qeyd edib ki, ANS telekanalı öz verilişlərinə reytinq qazanmaq üçün qalmaqal yaratmaq istəyir.

“ANS iki nəfəri efirə çıxarıb boks rinqində olduğu kimi döyüş göstərmək və nəticədə reytinq qazanmaq istəyir”,- deyə S.Novruzov vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü