Modern.az

“Girov götürülən Qazax sakini nə eşidə, nə də danışa bilir” - Qazax RİH rəsmisi

“Girov götürülən Qazax sakini nə eşidə, nə də danışa bilir” - Qazax RİH rəsmisi

13 Noyabr 2012, 14:59

Dünən Qazax rayonunun Alpout kənd sakini Telman Cavanşir oğlu Əliyev təsadüfən azaraq cəbhə xəttinin Ermənistan tərəfinə keçib. Burada o, erməni əsgərləri tərəfindən saxlanılıb. Modern.az-a Qazax rayonu icra başçısının müavini Gülayə Həsənovanın verdiyi məlumata görə, T.Əliyev fiziki qüsurludur. O həm eşidə, həm də danışa bilmir.

İcra hakiminin müavini bildirib ki, gorov düşən şəxs mal-qara otararkən dumana düşüb və yolu azıb. Bu zaman isə Ermənistanın Noyanberyan kəndində ermənilər tərəfindən saxlanılıb.

Qeyd edək ki, 1971-ci il təvəllüdli Telman Əliyev noyabrın 12-də 07:45 radələrində təmas xəttini keçib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Qazax rayon sakini Telman Əliyevinin girovluqdan azad olunması üçün müvafiq işlərə başlayıb.

Sevinc İltifatqızı
Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü