Modern.az

Nazirlər Milli Məclisə hörmətsizlikdə ittiham olundu

Nazirlər Milli Məclisə hörmətsizlikdə ittiham olundu

Parlament

13 Noyabr 2012, 17:25

Milli Məclisin bugünku iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov parlamentdə büdcə ilə bağlı başlanan müzakirələrin gedişatına narazılığını bildirib.

Modern.az bildirir ki, Ə.Əhmədov Milli Məclisin büdcə müzakirələrinin getdiyi iclasda nazirlərin bir çoxunun iştirak etməməsi parlamentə hörmətsizlik kimi qiymətləndirib.

YAP rəsmisinin sözlərinə görə, onların görüşlərdə iştirakı vacib olduğu kimi, bu iclasa qatılmaları da  vəzifə borclarıdır.

“Nazirlərin iştirak etməməsi parlamentə hörmətsizlikdir. Onlar burada olmalıdırlar və müzakirələrdə deputatların səsləndirdiyi fikirləri dinləməlidirlər və bu sözlər onların qulaqlarına, beyinlərinə girsin. Ən azı burada səslənən təklifləri eşitmək onların vəzifə borcudur”,  - deyə Ə.Əhmədov vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin noyabrın 13-də keçirdiyi büdcə müzakirələrinə əksər nazirlər - məsələn güc nazirləri - qatılmayıb. Günün birinci yarısındakı iclasda iştirak edən bəzi nazirlər, eləcə də Baş nazir Artur Rasizadə fasilədən sonra iclas zalına qayıt mayıblar...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım