Modern.az

Şəmkirdə ağır qəza -1 nəfər öldü

Şəmkirdə ağır qəza -1 nəfər öldü

Aktual

28 Sentyabr 2021, 08:52

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.

 

Hərəkətdə olan VAZ markalı maşın “Mercedes” markalı və digər minik avtomobili ilə toqquşub. Qəza zamanı biri azyaşlı olmaqla, üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin səylərinə baxmayaraq 1964-cü il təvəllüdlü Namazova Mayanın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi