ABŞ Senatında Türkiyənin Rusiyadan S-400 raketlərinin yeni divizionunu alması planları ilə bağlı müzakirələr aparılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Senatın Beynəlxalq Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı Ankaranın planları qətiyyətlə pislənilib.
Komitə Türkiyənin S-400 raketlərinin yeni divizionunu alacağı təqdirdə Türkiyəyə qarşı əlavə sanksiyaların tətbiq olunacağını açıqlayıb.