Modern.az

Vahid Əhmədov: “Azərbaycanda bu qədər banka nə ehtiyac var?”

Vahid Əhmədov: “Azərbaycanda bu qədər banka nə ehtiyac var?”

Parlament

14 Noyabr 2012, 12:42

Milli Məclisin büdcə ilə bağlı bu gün keçirilən iclasında çıxış edən millət vəkili Vahid Əhmədov Azərbaycanda bank faizlərinin yüksək olmasında şikayətlənib. Deputat  bildirib ki, Azərbaycanda bank faizləri həddən artıq yüksəkdir. Bankların vətəndaşlardan girov kimi götürdükləri qiymətli əşyaları mənimsədiyini bildirən deputat, həmçinin ölkədə bankların sayının çox olduğunu vurğulayıb.

“Azərbaycanda xeyli sayda bank var, bu qədər banka ehtiyac varmı? Banklar vergilərdən yayınırlar” deyən V.Əhmədov onların sayının azaldılmasının vacib olduğunu vurğulayıb.

Daha sonra millət vəkili qeyri-neft sektorunun inkişaf etdirilməsini önəminə toxunub. Onun sözlərinə görə, büdcəsən kənd təsərrüfatı üçün ayrılan vəsait çox azdır və onun artırılması mühümdür.

Millət vəkili çıxışında Kənd Təsərrüfatı Nazirliyinin formalaşmasının vacibliyini bildirib. Deputat daha sonra təmsil etdiyi Quba rayonunda sahibkarların üzləşdikləri problemləri dilə gətirib. O, qeyd edib ki, qubalı sahibkarlar alma satışında ciddi problemlərlə üzləşirlər. Deputat İqtisadi İnkişaf Nazirliyinə müraciət edərək Qubada alma satışının təşkili ilə bağlı yeni layihənin hazırlanmasına ehtiyac olduğunu deyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım