Modern.az

Türkiyədə daha 239 nəfər virusdan öldü

Türkiyədə daha 239 nəfər virusdan öldü

Dünya

28 Sentyabr 2021, 22:15

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 239 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356 661 nəfərdən test götürülüb, onların 28 892-nin testi pozitiv nəticə verib, 30 336 nəfər sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 86.45%-nə bir doza, 70.98%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal