Bu gündən ümumi təhsil müəssisələrində V-XI siniflər üzrə ənənəvi təhsilə start verilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin V-XI siniflərində 244 054 şagird təhsil alacaq.
İdarədən Modern.az-a bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə, ümumilikdə 471 661 şagird var.
2021-2022-ci dərs ilində Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 467 müəllim çalışır.
Təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.
Təhsil Nazirliyindən isə bildirilib ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq;