Modern.az

Azərbaycanla Gürcüstan arasında iki sənəd imzalandı

Azərbaycanla Gürcüstan arasında iki sənəd imzalandı

İqtisadiyyat

29 Sentyabr 2021, 18:03

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

 

Nazir tədbir çərçivəsində həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb.

 

"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq", - nazir qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular