Modern.az

KTMT Mərkəzi Asiyadakı vəziyyətlə bağlı təkliflər hazırlayacaq

KTMT Mərkəzi Asiyadakı vəziyyətlə bağlı təkliflər hazırlayacaq

29 Sentyabr 2021, 22:47

29 sentyabr-2 oktyabr tarixlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyinin, Birgə Qərargahının, əlaqədar nazirliklərin və Katibliyin operativ qruplarının birgə işgüzar iclası keçiriləcək.

 

Modern.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov məlumat verib.

 

O qeyd edib ki, KTMT nümayəndələri Mərkəzi Asiyadakı vəziyyətin tənzimlənməsi ilə bağlı təkliflər hazırlayacaqlar.

 

Zeynəddinovun sözlərinə görə, ilk mərhələdə KTMT üzvü olan ölkələrlə məsləhətləşmələr aparılır, siyasi-diplomatik tədbirlər əlaqələndirilir.

 

Qeyd edək ki, KTMT-yə üzv olan ölkələr Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır.

 

Akif İsmyılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama