Modern.az

Tonoyanın Ermənistandan çıxışına qadağa qoyulur

Tonoyanın Ermənistandan çıxışına qadağa qoyulur

Dünya

30 Sentyabr 2021, 00:48

Ermənistan məhkəməsində ölkənin keçmiş müdafiə naziri David Tonoyanın ölkədən çıxışına qadağa qoyulması barədə vəsatət qaldırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.

 

Xatırladaq ki, bundan əvvəl Tonoyanın mənzilində axtarış aparıldığı, keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı

 

Məlumata görə, David Tonoyan və erməni silah təchizatçısı David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.

 

Tonoyan 2020-ci ilin noyabr 20-də Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal