Modern.az

2013-cü ildə BMT Azərbaycanı sorğu-sual edəcək

2013-cü ildə BMT Azərbaycanı sorğu-sual edəcək

15 Noyabr 2012, 10:42

“Azərbaycan da öz hesabatını BMT-nin İşgəncələr əleyhinə Komitəsinə təqdim etməlidir”

Cenevrədə BMT-nin işgəncələrə qarşı Konvensiyasıın icrasına dair iclas keçirilir. Burada Rusiyada daxil olmaqla 9 ölkənin məruzəsi dinlənilir.

“BMT-nin bu tip iclasları 4 ildən bir keçirilir və adətən ölkələrin hesabatları dinlənilir”. Bu sözləri Modern.az-a açıqlamasında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.
“2009-cu ildə keçirilən iclasda Azərbaycan təmsilçiləri də iclasda iştirak edib”. Komitə sədri bildirib ki, 2013-cü ildə Azərbaycan dövləti də öz hesabatını BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə təqdim etməlidir.

“Əlbəttə, mən də oraya dəvətli olacağam. Bizim komitə də Alternativ Hesabatla orada iştirak edəcək”, – deyə komitə sədri vurğulayıb.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi