Modern.az

İsmət Abbasov türkləri Azərbaycanda fermer təsərrüfatlarının yaradılmasına dəvət edib

İsmət Abbasov türkləri Azərbaycanda fermer təsərrüfatlarının yaradılmasına dəvət edib

15 Noyabr 2012, 11:23

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin 4-cü iclası, İƏT-in Regional Ərzaq Təhlükəsizliyi Proqramının icrası üzrə Donorların 2-ci Konfransı və Kənd Təsərrüfatı Nazirlərinin 5-ci iclasında iştirak etmək məqsədilə 12-17 noyabr tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində səfərdədir.

Səfər çərçivəsində nazir İsmət Abasov Tükiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerlə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında aqrar sahədə qarşılıqlı əlaqələrin  vəziyyəti və perspektivlərinin daha da inkişaf etdirilməsi müzakirə edilib.

İsmət Abasov aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu nəzərə çatdırıb. Nazir toxumçuluq sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə Azərbaycan-Türkiyə Birgə Toxumçuluq Təsərrüfatının genişləndirilərək nümunəvi bir təsərrüfata çevrilməsini məqsədəuyğun hesab edib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 50-dən artıq iri taxılçılıq fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulub və bu işlərə artıq start verilib. O, bu proseslərdə Türkiyə Respublikasının şirkətlərinin də iştirakının vacibliyini vurğulayaraq, bunun üçün bütün imkanların mövcudluğunu diqqətə çatdırıb. Türkiyə Respublikasının ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu və bu inkişafa daim dəstək verməyə hazır olduğunu bildirərək iki ölkə arasında kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlığın digər sahələrini təmsil edən nazirliklər üçün örnək olacağına əminliyini bildirib. Səfər çərçivəsində nazir İsmət Abasovun İƏT-in digər üzv ölkələrinin kənd təsərrüfatı nazirləri ilə də görüşləri nəzərdə tutulur.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi