Modern.az

Azərbaycanın partiya sədri Şimali Kiprin prezidenti ilə görüşdü

Azərbaycanın partiya sədri Şimali Kiprin prezidenti ilə görüşdü

15 Noyabr 2012, 11:29

Azərbaycanın millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri davam edir. Deputat dünən ŞKTC-nin ADA televiziyasında canli yayimda çıxış edib. Bir qədər sonra Fərəc Quliyev Prezident sarayında Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Derviş Eroğlu ilə görüşüb. Müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə MDHP sədri ölkə başçısını ŞKTC -nin İstiqlal bayramı münasbəti ilə təbrik edib. Türk dünyasının dərin inteqrasiyası məsələlərinə toxunan F.Quliyev Dərviş Əroğluna «YDD siyasətində Azərbaycanın yeri və rolu” kitabını təqdim edib. Şimali Kiprin prezidenti azərbaycanlı millət vəkilinin təkliflərini dəstəklədiyini bildirib və ona bayram hədiyyəsi təqdim edib. Prezidentlə görüşdən sonra Fərəc Quliyev ŞKTC-nin baş naziri İrsen Küçük və xarici işlər naziri Hüseyn Ozgürgünlə də görüşüb. Görüşlərdə millət vəkili F.Quliyev ŞKTC-nin hətta idman sahəsində belə boykota məruz qaldığını nəzərə alaraq yeni təkliflə çıxış edib: «İdman dünyada tanıtma baxımından çox önəmli bir sahədir. Biz Azərbaycan dövləti olaraq müxtəlif səbəblərdən ŞKTC və Kosovonu rəsmən tanıya bilməsək də, Türk dövlətlərinin ortaq kupa yarışmaları – məsələn «Türk futbol kupası» və s. kımı tədbırlərı bır yerdə keçırıb bu cür işləri davam etməklə bu dovlətlərı ınformasıya izolyasıyasından çıxara bılərık». Təklıf ŞKTC-nin XİN başçısı Hüseyn Özgürgün tərəfindən maraqla qarşılanıb.
Fərəc Quliyev günün ikinci yarısında ŞKTC Mücahidlər Dərnəyini ziyarət edib. Axşam isə Fərəc Quliyevin baş nazir İrsen Kücük tərəfindən verilən ziyafətə qatılıb.  


Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi