Modern.az

Aritmiya - Yazıçı Rafiq Tağının ölümünün ildönümünə

Aritmiya - Yazıçı  Rafiq Tağının ölümünün  ildönümünə

15 Noyabr 2012, 11:50

Rafiq Tağı ayıdı bu ay. Noyabrın 19-u onun bıçaqlandığı gündü. Özü də harda, Bakı Şəhər Baş Polis İdarəsinin yanında... İşdən qayıdanda... Həyat yoldaşı deyir, “mən daha liftin pulunu verməyəcəm”. Rafiq bıçaqlanan günü lift işləməyib. O, beşinci mərtəbəyə  qanı tökülə-tökülə qalxıb.

Rafiq Tağı əməlyyat gününün səhəri-intensiv müalicə otağından deyir: “Gördüm  arxadan  kimsə qaça-qaça üstümə gəlir. Mənə çatan kimi bıçaqla sinəmə, kürəyimə, qarnıma  vurmağa başladı.  Qatil təngnəfəs idi. Hiss edirdim ki, təcürbəsizdi, ilk dəfə adam oldürür”.

Axırıncı cümlə düz bir ildir ki, məni həm düşündürüb, həm də yandırıb. Ölümünü də Rafiq Tağı yazıçı kimi düşünür və qəbul edirdi. Rafiq Tağı bu sözləri deyəndən  bir gün sonra palatada keçinəcəkdi.

Reanimasiya otağında adamların  səsi, sözləri hələ də qulağımdadı. Görəsən onları reanimasiya otağına  kim buraxmışdı, niyə buraxmışdı? Bəlkə də bu, düşünülmüş bir addım idi. Rafiq  Tağıdan sörusurdular. Səni  kim vurdu, kimdən şübhələnirsən? Rafiq  Tağı barmaqlarını qatlayıb beş dəfə saydi, yəni mənə beş biçaq vurublar. Sonra isə kimdən şübhələndiyini dedi. Hardasa qatil ona ekrandan qulaq asırdı. Gərək Rafiqə o sualı verməyəydilər və gərək Rafiq  də  o sözü deməyəydi. Adamları da qınamıram, hamı ürəyində ağlayırdı. Amma həkimlər heç vaxt ağlamırlar, gərək həkimlər adamları reanimasiyaya buraxmayaydılar.

Bir gun sonra Əsəd Cahangirlə Rafiq Tağının yanına getdim, palata mənə çox tanış gəldi, bir il qabaq burda qarın böşluğundan əməliyyat olunmuşdum, Rafiq yatan çarpayıda yatmışdım. Əməliyyatım ağır keçmişdi, ağırlaşma vardı. Rafiqin təbəssümü hələ də yadımdadı,əlləri imisti idi. Hiss elədim ki, qızdırması  var, mənə bu, çox  tanışdı, hiss elədim ki, Rafiqin kürəkləri indi tərin içindədi.

- Rafiq müəllim, necəsən?- dedim
O cavab vermək əvəzinə sual verdi:
-Boyükçöl necədi? (Oğlumu soruşdu)

Əsədlə mən otaqdan çıxandan iki saat sönra dünyasını dəyişdi Rafiq. Romanlarda deyildiyi kimi, o günü təbiət də ağlayırdı. Qatil sevinirdi.

Qatilini Ragiq Tağı özü seçmişdi.

Rafiq Tağı  “Gələcək qatilimə didaktika dərsləri”  hekayəsini, səhv etmirəmsə, iki il öncə çap etdirmişdi. Rafiq  öz qatili haqqında  həmin hekayədə geniş  yazmışdi. Hətta o qatilinə əziyyət verməməyi düşünür, asanlıqla özünü ona tabe edəcəyini deyirdi. Çünki qatilini o, özü yetişdirmişdi. Hətta hekayədə deyirdi ki, “qatil məni öldürəndən  sonra özünü qəhrəman kimi  hiss eləyəcək və  hüquq-mühafizə orqanlarına məktub yazib qoyacağam ki, mənim  qatilimi bir-neçə gün gec tutsunlar və qatil  bir neçə gün qəhrəman  kimi yaşasın”...
İndi  qatil bir ildən çöxdur ki, hələ tapılmayıb. Bəlkə Rafiqin belə bir məktubu olub? Əlbəttə, bu, əsərdir. Əsər olsa da, Rafiq öz ölümünü  dəqiqliyinə qədər yazıb.

Yazıçı Aləmzər Sadıqqızı danışır ki, “Rafiq  Tağı Yazıçılar Birliyinin  əleyhinə bir yazı yazmışdı. Mən də ona cavab vermişdim. Anam xəstələnmişdi. Təcili yardıma zəng vurdum. Bilmirdim  ki, Rafiq hansısa təcili yardımda həkim işləyir. Bir az keçməmiş  Rafiq Tağı ağ xalatda girdi içəri. Anamı ətraflı müayinə etdi. Onun nə qədər yaxşı bir insan olduğunu dərk elədim və Rafiqə o yazını yazmağıma peşiman olduğumu dedim. O da əvəzində mənim yazımı təriflədi. Dedi ki, “çox tutarlı yazmışdın, xöşuma gəldi””.

Qəribə idi ki, Rafiq Tağı əleyhinə yazılan yazıların bədii keyfiyyətinə, tutarlı olmağına fikir verirdi və hətta buna sevinirdi.

Rafiq Tağı mərhum şairimiz Böyükxan Pərvizin əvvəldən- axıra kimi müaliçə olunmasına kömək eləmişdi.

Mənim ürəyimdə aritmiya vardı. Həmişə  Rafiq Tağı mənə bir dərman yazardı: kordaron.

İndi Rafiq Tağının ölümü  ədəbiyyatımız üçün bir aritimiya oldu. Özü də səyrici aritimiya. Bu aritmiyaya kordaron kömək eləmir. Bunun yeganə dərmanı qayğıdı.

Rafiq Tağıya sağlığında mükafat vermədilər, ölümündən sonra adına mükafat  verdilər.

Yaxın vaxtlarda  ürəyimdən əməliyyat olunanda dedilər ki, mənə  qan vermək üçün xəstəxanaya Rafiq Tağının oğlu Asiman gəlib.  Səhərdən axşama kimi xəstəxananın qarşısında mənim ayılmağımı gözləyib.  Onun qanı birinci qrupdu, mənimki də. Elə bildim ki, Rafiq Tağı aritimiya  üçün mənə  yenə kordaron göndərib.

Kövrəldim...

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi