Efiopiya Birləşmiş Millətlər Təşkilatının (BMT) yeddi yüksək vəzifəli şəxsini ölkədən çıxarır.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik BMT işçilərini ölkənin daxili işlərinə qarışmaqda ittiham edir. Təşkilatın yüksək vəzifəli rəsmisi Efiopiyanın şimalındakı Tiqray bölgəsində yüz minlərlə insanın qıtlıq yaşadığını bildirib.
Efiopiya XİN qeyd edib ki, BMT Uşaq Fondunun (UNICEF) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UNOCHA) başçısının da daxil olduğu yeddi nəfərin ölkədən ayrılması üçün 72 saatı var.
Akif İsmayılov