Modern.az

Çeçenistanın başçısı Ramzan Kadırov Bakıya gəlib

Çeçenistanın başçısı Ramzan Kadırov Bakıya gəlib

15 Noyabr 2012, 12:07

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov noyabrın 15-də Azərbaycana gəlib. O, əvvəlcə Fəxri xiyabanı, sonra isə Şəhidlər xiyabanını ziyarət edib.
Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramazan Kadırov Şəhidlər xiyabanında Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Daha sonra R.Kadırov Azərbaycan Milli Məclisinin sədri Oqtay əsədovla görüşüb. Görüşdə ölkələrarası əlaqələrdən danışılıb.
R.Kadırov Azərbaycana səfəri çərçivəsində digər rəsmi şəxslərlə də görüşəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi