Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 216 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 357 853 nəfərdən test götürülüb, onların 29 104-nün testi pozitiv nəticə verib, 32 119 nəfər sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 86.74%-nə bir doza, 71,69%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Akif İsmayılov