Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2013-cü ilin büdcə müzakirələri zamanı ön cəbhədə və Ermənistanla sərhəddə yerləşən kəndlərin ilk növbədə qazlaşdırılmasının vacibliyini vurğulayıb:
“Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən 2013-cü ilin sonlarına qədər ölkə üzrə qazlaşdırma prosesi başa çatmalıdır. Hal-hazırda 2013-cü ilin büdcə zərfini müzakirə edirik. Bu istiqamətdə millət vəkili olduğum Tovuz rayonunda ciddi işlərin aparılmasına ehtiyac var.” Qənirə Paşayeva bildirib ki, Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən bir sıra ön cəbhə kəndlərində, o cümlədən bir sıra dağ kəndlərində kənd sakinləri hələ də qaz problemindən əziyyət çəkirlər: