Modern.az

Deputata yeni vəzifə verildi

Deputata yeni vəzifə verildi

1 Oktyabr 2021, 09:00

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadaraiyə yeni vəzifə verilib.

 

Modern.az xəbər verir ki, bu barədə deputat "Facebook" səhifəsində paylaşım edib.

 

O, AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzəçi təyin olunub.

 

Qeyd edək ki, AŞPA-nın sentyabrın 27-dən başlayan payız sessiyası bu gün yekunlaşır.

 

Nigar Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış