Modern.az

Ermənistan Azərbaycanla əməkdaşlıq etməsə, məhv olacaq

Ermənistan Azərbaycanla əməkdaşlıq etməsə, məhv olacaq

1 Oktyabr 2021, 09:12

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az saytına açıqlamasında 44 günlük Zəfər tariximizin bölgə, eləcə də dünya üçün vacib əhəmiyyətindən danışıb.

 

O qeyd edib ki,  2020-ci il 27 sentyabr Azərbaycan xalqının, eləcə də dünya hərb elminin, bölgəmizin tarixində yeni mərhələ, Türkiyə Azərbaycan qardaşlığına qızıl hərflərlə yazıldı:

 

Bu şərəfli, ləyaqətli, qürurlu tarixin şahidləri kimi çox xoşbəxtik

 

Biz çox xoşbəxt nəsilik ki, bu şərəfli, ləyaqətli, qürurlu tarixin şahidləriyik.

 

Bu şərəfli tarixin yazılmasında  şəhidlərimizə, qazilərimizə borcluyuq . Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu günü unudulmaz tarixə çevirdi.

 

Bu, təkcə Azərbaycanın deyil, dünya tarixinə yeni səhifə olaraq yazıldı. Qafqaz bölgəsi tarix boyu çox önəmli geosiyasi əhəmiyyətə malik olan bir bölgə olub. Xüsusilə də, son 200 ildə bu bölgədə çox qaynar və sürətli proseslər gedib.

 

Sözsüz ki, bu 200 ildə xalqımızın tarixində çox acı səhifələr də olub. Qafqaza 3 imperiyanin, 3 dövlətin hər zaman təsiri olub. Tarixin müxtəlif mərhələlərində bu imperiyalardan biri zəifləyəndə digər imperiyaların gücü, nüfuzu daha da artmış və öz maraqlarına uyğun bu bölgədən istifadə etmişdilər.

 

Qardaş Türkiyə bu gün Avropanın 10 inkişaf etmiş ölkəsi sırasındadır. Eləcə də Azərbaycan.

 

Sovet dövründə ölkəmizin sərvətləri imperiya, qatil düşmənlərimiz tərəfindən talan edildi. SSRİ dağılanda artıq Azərbaycan düşdüyü durumdan çıxmağı bacardı və öz müstəqilliyini yenidən bərpa etdi.

 

Azərbaycan dövlətinin, onun sağlam təməlinin qurulması Heydər Əliyevin adı ilə bağlıdır. Çünki SSRİ dağılandan sonra bütün respublikalar müstəqillik qazandı. Heydər Əliyev isə bu müstəqilliyin daimi olmasına təkan verən  böyük şəxsiyyət oldu.

 

İlham Əliyev Azərbaycan tarixində müzəffər sərkərdə kimi əbədi qalacaq

 

 

2003-cü ildə isə Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlham Əliyev Azərbaycan tarixində intibah dövrünün rəhbəri kimi, qurucu dövlət xadimi kimi qalmaqla yanaşı, müzəffər sərkərdə, Ali Baş Komandan kimi əbədi qalacaq.

 

Türkiyə Azərbaycan dostluğu, qardaşlığı bizə böyük ümidlər verdi. Keçən il Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına döyüşlərə yollandılar. Şəhidlərimiz, qazilərimiz bugünkü tarixi günə bizə yaşatdılar.

 

Azərbaycan həm də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri reallığa çevirdi.  

 

Şuşanın, Kəlbəcərin  işğaldan azad edilməsi bizim üçün möcüzə idi. İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın işğaldan sonra Şuşaya səfəri bir daha mənfur düşmənə nəyə qadir olduğumuzu sübut etmiş oldu.

 

Türkiyə Azərbaycan dostluğu, qardaşlığı ən yüksək zirvəyə çatıb. Bu gün Prezidentin göstərişi ilə Qarabağımızda çox böyük layihələr həyata keçirilir.

 

Biz dövlətimizin gücünə, qüdrətinə inanırıq

 

Bu gün işğaldan azad edilən ərazilərimizdə dörd beynəlxalq statuslu hava limanı inşa edilir. Biz dövlətimizin gücünə, qüdrətinə inanırıq. Çox qısa vaxt ərzində bu layihələrin reallığa çevrilməsi bir çox dövlətlər üçün də  inanılmaz idi. Füzuli Beynəlxalq hava limanı hazırdır. Mən özlüyümdə düşünürəm ki, ilk uçuş ya İstanbuldan, ya Ankardan olacaq. Bu, mənə çox böyük qürur hissi verir. Bizim  qardaşlığımız artıq elə bir səviyyəyə çatıb ki, kimsə bu gücün qarşısında dayana bilməz. Bu mənada münasibətlərimiz artıq yeni bir mərhələyə qədəm qoyub.

 

Bölgədəki reallıqlarla barışmaq istəməyən qüvvələr Azərbaycanla konstruktiv danışıqlara getməyə məcburdurlar. BMT-də Cənab Prezidentimizin, Ərdoğanın da yüksək səviyyədə çıxışı oldu. Paşinyanın çıxışı isə çox gülünc idi, ziddiyət var idi danışıqlarında. Ermənistan da artıq bu yolun geriyə dönüşü olmadığını bilir, ona görə də bu reallığı qəbul etməyə məcburdurlar.

 

Ermənistanın tək yolu – Azərbaycanla əməkdaşlıqdır

 

 

 

“Erməni ziyalıları”nın yeganə yolu Azərbaycanla konstruktiv əməkdaşlıqdan keçir. Bu, dalan dövlətə çevrilmiş Ermənistanın yeganə qurtuluşudur. Əgər erməni xalqı da gələcək fəlakətlərdən qorunmaq istəyirsə, bütün qanunlara əməl etməlidirlər.

 

Əks halda qarşıdakı 10 ildə erməni xalqının taleyi sual altında olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış