Türkiyədə Atatürkün daha bir izi silinir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının təqdim etdiyi yeni Konstitusiyaya əsasən, andiçmə zamanı Atatürk təfəkkürü qaldırılır. Belə ki, baş nazir, baş nazirin köməkçisi, nazirlər və millət vəkillərinin andiçməməsi zamanı artıq Atatürkün adı işlənməyəcək. Və andiçmədən “Atatürk qanun və inqilablar, dünyəvi respublika, türk milləti qarşısında” ifadələri çıxarılır.