Modern.az

Milli Məclis hökumətə vaxt verdi

Milli Məclis hökumətə vaxt verdi

15 Noyabr 2012, 13:42

Modern.az saytı xəbər verir ki, Milli Məclis bu gün dövlət büdcəsinə daxil olan sənədlərin müzakirəsi ilə bağlı müzakirələri yekunlaşıb.

Günün birinci yarısında keçirilən iclasda  "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

Daha sonra "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" qanun layihəsinə baxılıb. Bunun ardınca  "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında", “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında, “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” qanun layihələrinin müzakirəsi yekunlaşıb. 

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, hökumətin  səslənən irad və təklifləri nəzərə alması üçün 10-15 gün vaxtı var. O, növbəti iclasın vaxtının deputatlara elan olunacağını və bunun noyabrın 30-da keçirilə biləcəyini qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi