Modern.az

ABŞ-da yoluxanların sayı 43.5 milyona çatır

ABŞ-da yoluxanların sayı 43.5 milyona çatır

Dünya

1 Oktyabr 2021, 19:31

ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan daha 2 674 nəfər vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin yaydığı məlumatda qeyd olunub.

 

Koronavirusdan vəfat edənlərin ümumi sayı 697 870-ə çatıb.

 

Ölkədə COVID-19-a yoluxanların sayı 105 830 nəfər artaraq 43 milyon 462 min 236 olub.

 

Yoluxanların sayının ən çox olduğu ştatlar Kaliforniya, Texas və Floridadır.

 

ABŞ-da COVID peyvəndi statistikasını izləyən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, yetkin əhalinin 77 faizinə ən az bir doza, təxminən 66 faizinə isə iki doza vaksin vurulub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal