Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxanada aclıq aksiyasına başlayıb.
Modern.az xəbər verir ki, bu barədə onunla bir neçə saat əvvəl görüşən Gürcüstanın ombudsmanı Nino Lomjariya məlumat verib.
O qeyd edib ki, Saakaşvili Ukraynanın Gürcüstandakı konsulu ilə görüşmək istəyir.
"Mən həbsxanaya daxil olanda o, tibbi müayinədən keçirdi. Mixeil Saakaşvili aclıq elan etdiyini dedi", - deyə ombudsman bildirib.
Akif İsmayılov