Modern.az

ABŞ Gürcüstandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırdı

ABŞ Gürcüstandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırdı

2 Oktyabr 2021, 00:55

ABŞ-ın Gürcüstandakı səfirliyi ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, səfirlik vətəndaşları bu həftəsonu ehtiyatlı olmağa və insanların mümkün kütləvi toplanışlarda və etirazlarda müşahidəçi qismində qalmağa çağırıb.

 

Məlumatda deyilir ki, Gürcüstanın seçkilərlə bağlı zorakılığın yol verilə biləcəyi planlaşdırılmamış və spontan etirazlar tarixi var.

 

“Tbilisidə Rustaveli prospekti, parlament və digər dövlət binalarına yaxın məkanlar bu hadisələrin mərkəzi olub”, - deyə səfirlik bildirib.

 

Akif İsmayılov

 

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı