Modern.az

Azercell-dən şəbəkəxarici zənglərə 50% endirim

Azercell-dən şəbəkəxarici zənglərə 50% endirim

15 Noyabr 2012, 18:33

İndi Azercell abunəçiləri daha sərfəli şərtlərlə şəbəkəxarici zənglər edə biləcəklər

Azercell Telekom MMC şəbəkəxarici zənglərə endirim kampaniyasına başlayıb. İndi Azercell abunəçiləri şəbəkəxarici zəngləri 50% endirimlə danışacaqlar. Sözügedən kampaniyadan həm SimSim, həm də Azercell Fakturarlı Xətt abonetləri yararlana biləcəklər.  

16 noyabrdan 20 dekabr 2012-ci il tarixinə qədər davam edəcək kampaniyaya abunəçilər avtomatik qoşulacaq. Abunəçilər şəbəkəxarici 50% endirim kampaniyasından yalnız ölkədaxili zənglər üçün istifadə edə biləcəklər. Eyni zamanda GəncSim və Bölgə tarifində olan abunəçilər də avtomatik olaraq bu kampaniyada iştirak edəcəklər. “Tələbə 1-liyi” tarifindən istifadə edən abunəçilər bu kampaniyadan yararlana bilməyəcəklər.  

Azercell Telekom bu ilin sonuna qədər sərfəli endirim kampaniyaları və yeni tarif paketləri ilə abonetlərini sevindirməkdə davam edəcək.  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi