Ermənistan baş naziri Nikol Paşinyan Litvaya səfərini davam etdirir.
Modern.az xəbər verir ki, litvalı həmkarı İnqrida Şimonite ilə birgə mətbuat konfransı keçirən erməni nazir Qarabağ məsələsinə və Azərbaycan prezidenti ilə görüş ehtimalına toxunub.
“İki dövlət rəhbərinin potensial görüşünün keçirilməsində yerin və vaxtın önəmi yoxdur. Yeganə şərt görüşün 3-cü ölkələrdən birində keçirilməsidir”.
Paşinyan Minsk qrupunun artıq fəaliyyətini bərpa etdiyini və üçtərəfli komissiya çərçivəsində tərəflər arasında danışıqların davam etdiyini söyləyib.