Ermənistanın eks-prezidenti Robert Koçaryan geniş mətbuat konfransı keçirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, ölkəsinin Qarabağ danışıqlarından faktiki olaraq çıxdığını qeyd edib.
“Hazırkı hakimiyyətin addımlarına görə, Ermənistan indi danışıqların obyekti olub. Bu şərtlər altında sülh dövrü barədə danışmaq isə gülməlidir. Öz ölkəndə müharibənin nəticələrini, xüsusən psixoloji travmanın öhdəsindən gələ bilmirsənsə, sülh yarada bilməzsən”-deyə Koçaryan söyləyib.
Mətbuat konfransına çoxsaylı jurnalist qrupları qatılıb.