Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdən yayılan foto suallar doğurub.
Belə ki, rəsmi görüşdə İran bayrağı ilə yanaşı, Ermənistanın dövlət bayrağı yer almalı olsa da, naməlum yazılı bayraq yerləşdirilib.
Görüşdən yayılan foto sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Erməni internet istifadəçiləri rəsmi Tehranın Ermənistanı müstəqil dövlət kimi tanımadığını iddia ediblər.