Noyabrın 16-da Müdafiə Nazirliyinin genişləndirlmiş hərbi kollegiyası keçirilib. İclasda kollegiya üzvləri, müdafiə nazirinin müavinləri, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, onların müavinləri, qərargah rəisləri, təhsil və hərbi müəssisələrinin rəisləri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən
Modern.az-a bildirilib ki, kollegiya iclasında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin 2012-ci ildə hazırlığının yekunları, 2013-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.
S.Əbiyev Ali Baş komandan İlham Əliyevin göstəriş və tövsiyyələrini şəxsi heyətə çatdırıb.
Modern.az