Modern.az

Nazirliyin “Qaynar xətt” inə 432 şikayət daxil olub

Nazirliyin “Qaynar xətt” inə 432 şikayət daxil olub

Təhsil

16 Noyabr 2012, 14:40

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin oktyabr ayı ərzində 432 müraciət daxil olub. Nazirliyin mətbaut xidmətindən Modern.az saytına verilən məlumata görə, daxil olmuş müraciətlərin 203-ü (47 əsaslı, 156-sı isə əsassız) şikayət, 94-ü – sorğu xarakterli, 12-si aidiyyəti üzrə deyil, 123-ü isə cari problemlərlə bağlı olub.

Qeyd olunub ki, “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü