Modern.az

Səfər ayı sabah başa çatır

Səfər ayı sabah başa çatır

6 Oktyabr 2021, 13:50

Sabah, okyabrın 7-də Səfər ayı başa çatır.

 

Modern.az xəbər verir ki, Hicri təqvimi ilə avqustun 10-u Məhərrəm ayının ilk günü olub.

 

Sentyabrın 7-də isə Məhərrəm ayı başa çatıb.

 

Qeyd edək ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

 

Xatırladaq ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir