Bədən Tərbiyəsi və İdman Akademiyasının Nərimanov rayonu Fətəli Xan Xoyiski küçəsi 98 ünvanında yerləşən tələbə yataqxanasında məskunlaşmış Kəlbəcər, Zəngilan, Ağdam rayonlarından olan məcburi köçkünlərlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları arasında növbəti anlaşılmazlıq yaranıb. Modern.az-ın hadisə yerində olan əməkdaşı narazı tərəfin- köçkünlərin fikirlərini öyrənib. Onlar Nərimanov rayonundan çıxarıldıqlarını əsas gətirərək buranı tərk etmək istəmədiklərini vurğulayıblar.
Yataqxanada məskunlaşan məcburi köçkünlər Abşeron rayonu Mehdiabad qəsəbəsində salınmış şəhərciyə köçməkdən birmənalı olaraq imtinma edirlər. Sakinlər bunu bir neçə səbəblə əlaqələndirirlər: iş yerlərindən uzaq düşmək, avtobus problemi, uşaqların məktəb və bağçaya getməsi və s.
Sakinlər iddia edirlər ki, onların buradan köçürülməsində bir qrup şəxsin xüsusi marağı var. Onların sözlərinə görə, 100-120 ailənin yaşadığı yataqxanada 400 ailəni qeydiyyata alan “Dövlətqaçqınkom” nümayəndələri Mehdiabadda tikilən evlərdən saxtakarlıqla əldə etdikləri payların bölüşdürülməsi üçün köçürmə işini sürətləndirirlər.
"Bizi yataqxananı boşaltmayacağımız təqdirdə polis və s. qüvvələrlə tədhid edirlər."
İlyarım bundan əvvəl bizim Nərimanov rayonu ərazisində məskulaşacağımız barədə söhbət oldu, lakin burada 400 ailənin qeydiyyatda olduğunu bilən kimi məsələ dayandırıldı, halbuki, burada 100-120 ailə yaşayır” - deyən Kəlbəcər sakini Süleymanov Famil bildirib:
”Bu məsələ müvafiq dövlət strukturlarında araşdırılmalıdır, bəzi qüvvələr bu kimi hərəkətlərlə bizi dövlətçiliyə qarşı çıxartmaq istəyirlər”.
Kəlbəcər sakini Qabil Əliyev də bildirib ki, məsələ ilə bağlı Prezidentə və birinci xanıma yazılı müraciət ediblər ki, Nərimanov ərazisindən çıxarılmasınlar.
|
|
|
|
|
|
|
|
|
Elçin AĞAYEV