Modern.az

Hacıbala Abutalıbova sərt mesaj: “Sən kimsən axı?”

Hacıbala Abutalıbova sərt mesaj: “Sən kimsən axı?”

Təhsil

16 Noyabr 2012, 16:03

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu tənqid edib. Partiya sədri Modern.az-a açıqlamasında müxalifyönlü gənclərin “Fəvvarələr Meydanı”nda etiraz aksiyası keçirməsinə icazə vermədiyi üçün baş verə biləcək xoşagəlməz hadisələrə görə paytaxt merini günahlandırıb. S.Cəlaloğlu Hacıbala Abutalıbova vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməməkdə iradlarını bildirib.

“Bu gün gənclər öz konstitusion hüquqlarından istifadə edərək aksiya keçirmək istəyirlər. Axı, Hacıbala Abutalıbov kimdir ki, mitinq keçirməyə icazə vermir? Qanun ona elə bir səlahiyyət verməyib ki, insanlara mitinq keçirmək üçün icazə verməsin. Abutalıbov razılaşmalıdır. Ona alternativ, eyni əhəmiyyətə malik başqa bir yer ayırmalıdır. Ona belə bir ixtiyar verilməyib. Hacıbala Abutalıbov  aksiyada baş verən istənilən bir hadisəyə görə məsuliyyət daşıyır. Hadisələrə görə, təkcə mitinq təşkilatçıları deyil, birbaşa o, məsuliyyət daşıyır”, -deyə ADP sədri Bakı merinə iradlarını bildirib.

S.Cəlaloğlu icazəsiz aksiya keçirənlərin küllü miqdarda cəriməsinə baxmayaraq gəncləri etiraz səslərini qaldırmağa səsləyib. Partiya sədrinin fikrincə, cərimə sanksiyalarının məbləğindən aslı olmayaraq insanlar öz yollarından dönməyəcəklər:

“Mən gənclərin sabah keçirəcəkləri aksiyanı alqışlayıram. Baxmayaraq ki, icazə verilmədi, baxmayaraq ki, cərimələr küllü miqdarda artırılıb gənclər etiraz aksiyası keçirməkdən imtina etmədilər. Hesab edirəm ki, insanlar doğru edirlər. Vətəndaşların o cərimələri verməyə gücü yoxdur. Lap cərimələr bir milyard olsun. Cibində bir qəpik pulu olmayan kasıb insanlardan necə alacaqlar”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü