Modern.az

Azərbaycanlı deputatlar ermənilərlə GÖRÜŞDÜLƏR

Azərbaycanlı deputatlar ermənilərlə GÖRÜŞDÜLƏR

6 Oktyabr 2021, 17:42

Azərbaycan Milli Məclisinin deputatları Tural Gəncəliyev və Erkin Qədirli Avstriyanın paytaxtı Vyanada Ermənistandan olan siyasi partiyaların nümayəndələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Tural Gəncəliyev “Twitter” hesabında bildirib.

 

Onun sözlərinə görə, görüş Avstriya beyin mərkəzinin və dövlət qurumlarının təşkilatçılığı ilə keçirilib.

 

“Görüşdə münaqişədən sonrakı barışığın və sülhün qurulmasının vacibliyini vurğuladım”, – deyə Tural Gəncəliyev qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək