Avstriya kansleri Sebastian Kurz haqqında korrupsiya və bir qəzetin məmurlarına rüşvət verməyə cəhd ittihamı ilə istintaq başladılıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
İddiaya görə, Kurz rəhbərlik etdiyi partiyanın məlumatlarını nəşr etmək üçün qəzetə rüşvət verməyə cəhd edib. Prokurorlar qəzetin adını açıqlamayıb.
İstintaq çərçivəsində polis Kurzun ofisinə və Azadlıq Partiyasının qərargahına basqın edib.
Prokurorluğun açıqlamasında Kurzdan başqa daha 9 nəfər və üç quruma qarşı istintaq başladıldığı bildirilib.
Azadlıq Partiyası ittihamları rədd edir və istintaqın “siyasi səbəblərdən” açıldığını iddia edir.