Modern.az

Türkiyədə sutkalık yoluxma 30 mini keçdi

Türkiyədə sutkalık yoluxma 30 mini keçdi

Dünya

6 Oktyabr 2021, 22:36

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 236 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 358 064 nəfərdən test götürülüb, onların 30 438-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 31413 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,46%-nə bir doza, 73,53%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal